İsrail Almaniyanın müdafiəsini güclənidrəcək

   İsrail Almaniyanın müdafiəsini güclənidrəcək
  12 Sentyabr 2022    Oxunub:636
Rəsmi Təl-Əviv Almaniyanın müdafiə potensialının gücləndirilməsində iştirak etməyə hazırdır.
Bunu İsrailin Baş naziri Yair Lapid bildirib. Almaniyalı həmkarı Olaf Şolts ilə görüşündən sonra mətbuat konfransında danışan Lapid, bunun xüsusilə Almaniyanın hava hücumundan müdafiə sektoruna aid olduğunu qeyd edib.

“Biz öz tərəfimizdən Almaniyanın yeni müdafiə qüvvələrinin qurulmasında, əsasən də hava hücumundan müdafiə sahəsində rol oynayacağıq”.

Öz növbəsində Şolts Berlinin Təl-Əvivlə müdafiə sektorunda birgə işləmək istəyini təsdiqləyib. Kansler qeyd edib ki, hava hücumundan müdafiə sisteminin yaradılması istiqamətində əməkdaşlıq Almaniya üçün xüsusi maraq kəsb edir.

AzVision.az


Teqlər:



Xəbər lenti