""Minsk" boş kağız parçasıdır" - Zelenski

   ""Minsk" boş kağız parçasıdır" -    Zelenski
  12 Sentyabr 2022    Oxunub:797
Ukrayna “Minsk sövdələşmələri”nin heç bir versiyası ilə razılaşmayacaq.
AzVision.az xəbər verir ki, bunu prezidenti Volodimir Zelenski CNN telekanalına müsahibəsində Ukrayna qoşunlarının Xerson vilayətində və şərqdə irəliləməsi ilə bağlı sualı cavablandırarkən deyib.

Zelenski vurğulayıb ki, ukraynalılar öz ölkələrinin ərazisini işğaldan azad etməyə çalışırlar.

“Torpaqların azad edilməsinin əsas məqsədi Rusiyanın 2014-cü ildə başladığı çox ləng işğalı davam etdirməsinə icazə verməməkdir".

Dövlət başçısı qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında həyata keçirdiyi əməliyyat tədbirləri barədə ətraflı məlumat verə bilməz.

"Biz bir yerdə dayanmayacağıq. Yavaş-yavaş daim hərəkət edəcəyik. Artıq onlarla başqa cür danışmayacağıq. Biz dayanan kimi - bilirəm ki, bəzi dövlətlər bizi "Minsk prosesi"nə doğru sövq edəcək. Qeyd etmək istəyirəm ki, diplomatik qərarla "Minsk"-2-3-5-10 fərqli şeylərdir. "Minsk" Rusiyanın növbəti işğala qədər dincəlməsi üçün olan boş bir kağız parçasıdır", Zelenski vurğulayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti