BMT Baş Assambleyasının yeni sədri Ukraynada atəşkəsə çağırdı

BMT Baş Assambleyasının yeni sədri Ukraynada atəşkəsə çağırdı
  12 Sentyabr 2022    Oxunub:554
BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Çaboy Kereşi Ukraynada dərhal atəşkəsin və danışıqların bərpasına çağırıb.
AzVision.az xəbər verir ki, yeni sessiyanın sədri jurnalistlərə açıqlamasında münaqişənin dayandırılmasının vacibliyini vurğulayıb:

"Mən Baş Assambleyaya üzv ölkələrin dərhal atəşkəs, humanitar yardıma maneəsiz çıxış, dialoqa və diplomatiyaya qayıtmağa çağırışını təkrarlayıram".

O əlavə edib ki, münaqişə "dayandırılmalıdır".

***
BMT-nin Baş katibi Antonio Quterreş Baş Assambleyanın 76-cı sessiyasını bağlı elan edib.


AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Baş katib sessiyanın sədri Abdulla Şahidə qurumun prinsiplərinə sadiqlik nümayiş etdirdiyinə görə təşəkkür edib.

Quterre macar diplomat Çaboy Kereşinin sədrlik edəcəyi 77-ci sessiyanın açılışını səbrsizliklə gözlədiyini vurğulayıb.

BMT Baş Assambleyasının 77-ci sessiyası sentyabrın 13-də başlayacaq. 20-26 sentyabr tarixlərində sessiyada dövlət və hökumət başçıları iştirak edəcəklər.

AzVision.az


AzVision.az



Teqlər:



Xəbər lenti