“Google”un Rusiya bölməsi müflis oldu

“Google”un Rusiya bölməsi müflis oldu
  13 Sentyabr 2022    Oxunub:662
Moskva məhkəməsi sentyabrın 12-də “Google”un Rusiyadakı törəmə şirkətinin iflas ərizəsini qəbul edib və iflas proseduruna başlayıb.
Səlahiyyətlilər “Alphabet”in Rusiya qolunun bank hesabını bağladıqdan sonra, işçilərə və təchizatçılara məvaciblərini ödəyə bilməyən şirkət özünü müflis elan etməli olub. Şirkətin Rusiyadakı pulsuz xidmətləri, o cümlədən “YouTube” video hostinqi fəaliyyətini davam etdirir.

AzVision.az



Teqlər:



Xəbər lenti