Rus pilot Su-25-i bilərəkdən yerə çırpıb? - VİDEO

   Rus pilot Su-25-i bilərəkdən yerə çırpıb? -    VİDEO
  13 Sentyabr 2022    Oxunub:1179
Krımda döyüş tapşırığı üçün havaya qalxan iki qırıcıdan biri elə uçuş xəttindən uzaqlaşmadan partlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Hadisənin videosunu dərc edən "Espresso" nəşri yazıb ki, Rusiyanın Su-25 pilotları özlərini məhv ediblər. Qeyd edilir ki, insidentin pilotların döyüşlərə qatılmaqdan imtina etməsi kimi də qiymətləndirmək olar. Çünki Qırıcı yerə düşüb partlayandan sonra onda texniki nasazlığın olub-olmamasını müəyyən etmək çətin olur. Bu səbəbdən də pilotlar döyüş meydanında ölməkdənsə uçuşun ilk saniyələrində katapultla xilas olmağı seçiblər. Hərçənd videoda pilotlar sağ qalması görünmür.

Tural Tağıyev
AzVision.az



Teqlər: Qırıcı   Ukrayna  



Xəbər lenti