ABŞ Lavrova viza verdi

  ABŞ Lavrova viza verdi
  13 Sentyabr 2022    Oxunub:1083
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak edəcək Rusiya nümayəndə heyətinin bir sıra üzvləri sentyabrın 13-də Nyu-Yorka getmək üçün ABŞ vizası alıblar.
"Bu gün Lavrova və onu müşayiət edən bir sıra şəxslərə vizalar verilib", - diplomatik departament qeyd edib.

Eyni zamanda, nazirlik nümayəndə heyətinin digər üzvlərinə də vizaların tezliklə veriləcəyinə, eləcə də logistika məsələlərinin operativ həllinə ümid etdiyini bildirib.

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 77-ci sessiyası sentyabrın 13-də öz işinə başlayacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti