Qazaxıstanın paytaxtı yenidən Astana adlandırılacaq

Qazaxıstanın paytaxtı yenidən Astana adlandırılacaq
  13 Sentyabr 2022    Oxunub:1512
Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev Nursultan adlandırılan paytaxtın Astana adlandırılmasını təsdiqləyib.
Qeyd edək ki, Qazaxıstan parlamenti ölkənin paytaxtının keçmiş adının geri qaytarılmasını təklif etmişdi.

Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Çeldibayın bu gün verdiyi açıqlamada məsələ ilə bağlı dövlət başçısına məlumat verildiyi qeyd edilib. Bildirilib ki, Tokayev paytaxtın yenidən Astana adlandırılmasını təsdiqləyib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti