İrəvanın tələbi rədd edildi: "Sülhməramlılardan söhbət gedə bilməz"

 İrəvanın tələbi rədd edildi:    "Sülhməramlılardan söhbət gedə bilməz"
  14 Sentyabr 2022    Oxunub:765
"Ermənistan-Azərbaycan sərhədinə Qazaxıstan sülhməramlılarının göndərilməsindən söhbət gedə bilməz", - xəbər verir ki, bunu çərşənbə günü jurnalistlərə Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi deyib.
Tleuberdinin sözlərinə görə, indi bir nömrəli vəzifə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyanın işini bərpa etməkdir.

- Biz öz təcrübəmizi bölüşməyə hazırıq. Çünki biz sərhədlərimizi quru, hətta dəniz sərhədinin bütün perimetri üzrə demarkasiya etmişik. Demarkasiya işləri demək olar ki, Rusiyadan başqa bütün dövlətlərlə tamamlanıb. Rusiya ilə demarkasiya yəqin ki, daha iki-üç il çəkəcək, - Qazaxıstan XİN rəhbəri deyib.


Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti