Ərdoğan Putinlə sərhəddəki vəziyyəti müzakirə edəcək

   Ərdoğan Putinlə sərhəddəki vəziyyəti müzakirə edəcək
  14 Sentyabr 2022    Oxunub:860
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Ermənistan və Azərbaycan sərhədində gedən döyüşləri müzakirə etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.

Prezidentlərin görüşü Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrın 15-16-da keçiriləcək sammiti çərçivəsində oloacaq.

NATO-nun üzvü olan Türkiyə KTMT-nin üzvü olan Ermənistanla münaqişədə Azərbaycanı dəstəkləyir.

Qeyd edək ki, sentyabrın 15-16-da Özbəksitanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı keçiriləcək. Həmin toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanda iştirak edəcək.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti