Paşinyan etiraf etdi: 105 erməni əsgəri ölüb

      Paşinyan etiraf etdi:    105 erməni əsgəri ölüb
  14 Sentyabr 2022    Oxunub:1070
Ermənistan itkilərin bir qismini açıqlayıb. Baş nazir Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib ki, sərhəddə baş verən toqquşma zamanı 105 erməni əsgəri ölüb.
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti