Rusiya yeni atəşkəs razılaşmasına əməl olunacağına ümid edir

   Rusiya yeni atəşkəs razılaşmasına əməl olunacağına ümid edir
  15 Sentyabr 2022    Oxunub:814
"Moskva İrəvanla Bakı arasında atəşkəs razılaşmasına əməl ediləcəyini gözləyir".
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinq zamanı deyib.

"Atəşkəslə bağlı ilk razılaşmadan sonra yenidən atışmalar oldu. Dünən yeni razılaşma əldə olundu", - Zaxarova vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Moskva tərəfləri təmkinli olmağa, bütün problemləri siyasi və diplomatik yollarla, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi çərçivəsində həll etməyə çağırır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti