Erməni spiker əmr etdi, jurnalisti sürüyüb apardılar - VİDEO

   Erməni spiker əmr etdi, jurnalisti sürüyüb apardılar -    VİDEO
  15 Sentyabr 2022    Oxunub:816
Ermənistan parlamentində növbəti dəfə insident yaşanıb. AzVision.az xəbər verir ki, bir müddət öncə deputat Kristin Poqosyanla jurnalist Ani Gevorqyan arasında baş vermiş davadan sonra parlamentin spikeri Alen Simonyan işə qarışıb.
O, binanı qoruyan hüquq-mühafizə xidmətinin əməkdaşlarına dəhlizdə oturan Ani Gevorqyanın parlamentdən uzaqlaşdırılmasını əmr edib.

Simonyan “Parlamentin normal iş fəaliyyətini pozmağa cəhd edən bu iki şəxs- jurnalist və operator binadan uzaqlaşdırılmalıdır” deyib.

Deputat erməni jurnalisti vurmaq istədi - VİDEO
Nəticədə təhlükəsizlik xidmətinin əməkdaşları Gevorqyana zor tətbiq edərək onu sürüməklə binadan çıxarıblar.

Qeyd edək ki, bu, gün ərzində parlamentdə baş verən dördüncü qalmaqaldır. Səhər tribunadan çıxış edən müxalif deputat Qeqam Manukyan baş nazirin istefasını tələb etmişdi. Bundan sonra parlamentdə narazılıq baş qaldırdı və bu səbəbdən də iclasda fasilə elan olundu.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Parlament   Jurnalist  



Xəbər lenti