BMT Bakı və İrəvanın atəşkəsə əməl edəcəyinə ümid edir

   BMT Bakı və İrəvanın atəşkəsə əməl edəcəyinə ümid edir
  15 Sentyabr 2022    Oxunub:712
"Dünən axşam yerli vaxtla saat 20:00-dan etibarən atəşkəsin əldə olunduğu açıqlanıb. Biz bu razılaşmanı alqışlayırıq və atəşkəsə əməl olunacağına ümid edirik”.
AzVision.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclasında Baş katibin Avropa, Mərkəzi Asiya və Amerika məsələləri üzrə köməkçisi Miroslav Yença deyib.

O əlavə edib ki, Təşkilat Rusiyanın Ermənistan və Azərbaycan arasında nizamlanması üçün vasitəçilik səylərini tam dəstəkləyir.

BMT nümayəndəsi onu da qeyd edib ki, Azərbaycan və Ermənistan arasında gərginliyin artması tərəflərin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması çərçivəsində delimitasiya və demarkasiya məsələlərində irəliləyişin təcili zərurətini vurğulayır.

"Biz tərəfləri zəruri addım kimi bu mühüm mexanizmdən yararlanmağa çağırırıq", - Yença bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti