Paşinyandan açıqlama: 135 nəfər ölüb

      Paşinyandan açıqlama:    135 nəfər ölüb
  16 Sentyabr 2022    Oxunub:663
Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatlar zamanı 135 erməni hərbçi ölüb. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
O əlavə edib ki, bu rəqəm, yekun deyil. Çoxlu sayda yaralı da var.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti