Hərbi cani Koçaryan etiraz edən kütlədən niyə qaçır?

   Hərbi cani Koçaryan etiraz edən kütlədən niyə qaçır?
  16 Sentyabr 2022    Oxunub:930
Xəbər verdiyimiz kimi iki gündür ki, Ermənistanda hakimiyyət əleyhinə etiraz aksiyaları keçirilir. İrəvanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatlardan sonra erməni ordusu xeyli itki verib ki, bu da cəmiyyətdə ciddi narazılığa səbəb olub.
Maraqlıdır ki, hər fürsətdə kütləyə qoşulub istefa tələbi ilə aksiyalar keçirən keçmiş prezident, hərbi cani Robert Koçaryan belə bir hərbi-siyasi böhran fonunda gözə dəymir.

Bu gün onun meydanlarda görünməməsini tənqid edən erməni araşdırmaçı jurnalist Nairi Hoxikyan Koçaryanın kütlənin qarşısına çıxmamasında müəmmalı məqamların olduğunu yazıb.

- Sentyabrın 15-də axşam saatlarında parlament binasının yaxınlığında toplaşan insanlar eks-prezident Robert Koçaryana müraciət etmək qərarına gəldilər. Kütlə Koçaryanın ofisinə doğru gedərkən yolda öyrəniblər ki, müxalifət lideri yerində yoxdur və camaatla ən yaxşı halda ertəsi gün görüşə biləcək. Bu xəbər bəziləri üçün soyuq duş effekti verdi.

Koçaryan ağır xəstəlik tapıb: Almaniyada müalicə olunur
Erməni cəmiyyəti indi özünü gücsüz hiss edir və bir sıra yollarla lider tapmağa çalışır. Küçələrə demək olar ki, hər dəfə eyni adamlar çıxır. Digərləri evdə oturub gözləyir ki, nəhayət ki, kimsə rəhbərin əlindəki qılıncı ondan alacaq.

Robert Köçəryanın qəribə passivliyi və susqunluğu müşahidə olunur. Mənə elə gəlir ki, o, bu davranışı ilə ən azı 2021-ci ildə Koçaryana səs vermiş əhalinin bir hissəsini məyus edir.

Digər tərəfdən, başa düşürəm ki, “Hayastan” blokunun lideri ilk çağırışdaca dərhal qaçıb bu mübarizəyə qoşula bilməzdi. Bu, cəmiyyətin müxtəlif təbəqələri tərəfindən fərqli qəbul edilə bilər.
Bütün hallarda Koçaryanın çıxışı önəmlidir, - erməni jurnalist Koçaryanın qeybə çəkilməsindən gileylənib.

Qeyd edək ki, bir müddət öncə Robert Koçaryanın ağır xəstəlikdən müalicə alması xəbərləri yayılmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Koçaryan   Ermənistan  



Xəbər lenti