KTMT-nin missiyası sərhəddəki vəziyyətlə bağlı məlumatlandırılıb

 KTMT-nin missiyası sərhəddəki vəziyyətlə bağlı məlumatlandırılıb
  16 Sentyabr 2022    Oxunub:698
Rusiya sərhədçiləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvandakı missiyasının əməliyyat qrupuna Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat veriblər.
AzVision.az xəbər verir ki, bunu missiyanın qrupuna rəhbərlik edən general-polkovnik Anatoli Sidorov deyib.

“Biz sərhəddə xidmət edən, o cümlədən Ermənistanın dövlət sərhədinin müəyyən hissələrinin mühafizəsində iştirak edən sərhədçilərimizdən vəziyyət və baş verənlərlə bağlı operativ məlumatı aldıq".

Qeyd edək ki, KTMT-nin baş katibi Stanislav Zasın rəhbərlik etdiyi qurupun missiyasını Ermənistana göndərmək, o cümlədən katibliyin əməkdaşları və KTMT-nin birgə qərargahının hərbi qulluqçuları arasından daimi monitorinq aparmaq üçün işçi qrupunun yaradılması barədə qərar qəbul edib.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti