"Xarkov vilayəti işğaldan azad edildi" - Zelenski

   "Xarkov vilayəti işğaldan azad edildi" -    Zelenski
  16 Sentyabr 2022    Oxunub:1810
Demək olar ki, bütün Xarkov vilayəti işğaldan azad edilib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Telegram-da məlumat yayıb.

"Bu gün demək olar ki, bütün Xarkov vilayəti işğaldan azad edilib. Bu, əsgərlərimizin görünməmiş hərəkəti idi. Ukraynalılar yenə də çoxlarının qeyri-mümkün hesab etdiyi işi bacardılar", - Zelenski yazıb.

Rusiya ordusu manevr edir, yoxsa qaçır? – Xarici ekspert rəyləri
Eyni zamanda prezident xatırladıb ki, Rusiya ordusu Xarkov vilayətində 5 aydan çox qalıb.

"Və bu müddət ərzində işğalçılar insanlar üçün nələrsə etməyə belə cəhd etmədilər. Sadəcə dağıtdılar, götürdülər və daşıdılar. Onlar özlərindən sonra xarabalığa çevrilmiş kəndlər qoydular. Bəzilərində isə bircə dənə də olsun salamat ev qalmayıb. Rusiya soyqırımdan başqa heç nə gətirə bilməz", - Ukrayna prezidenti paylaşımında yazıb.

O, məhv edilmiş və dağılmış yaşayış binalarının fotoşəkillərini, qətlə yetirilən ukraynalıların məzarları üzərində olan xaçları da paylaşıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Xarkov   Ukrayna   Zelenski   Xaraba  



Xəbər lenti