Tacikistan və Qırğızıstan sərhəddə atəşkəs barədə razılığa gəliblər
Bununla belə, Düşənbə atəşkəsin dəqiq vaxtını açıqlamayıb. Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi bundan əvvəl Qırğızıstanın Batken sərhəd dəstəsinin “Koktoş” sərhəd zastavasının hərbçilərinin razılaşmaları pozaraq atəş açdığını bəyan edib.
Qeyd edək ki, sentyabrın 14-də Qırğzıstan-Tacikistan sərhədində vəziyyət gərginləşib. Qırğızıstan tərəfinin bildirdiyinə görə, tacik sərhədçiləri çərşənbə günü Qırğızıstanın Batken vilayətinin Batken rayonunun Bulak-Başı bölgəsindəki sərhəd zonasına daxil olaraq döyüş mövqelərini tutublar.
Ərazini tərk etmək tələbinə cavab olaraq Tacikistanın sərhədçiləri atəş açıb, ardınca atışma baş verib. Bir neçə saat sonra Batken bölgəsindəki Kak-Sai və Paski-Arık bölgələrində də silahlı toqquşmalar olub. Axşama yaxın atışma dayanıb. Qırğızıstan tərəfi iki hərbçinin və üç mülki vətəndaşın yaralandığını bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


