Separatçı "baş prokuror" partlayışda öldü

 Separatçı "baş prokuror" partlayışda öldü
  16 Sentyabr 2022    Oxunub:1216
Rusiyanın nəzarəti altında olan "Luqansk Xalq Respublikası"nın (LXR) "Baş prokurorluğu"nun binasında partlayış baş verib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıblar.

"İlkin məlumatlara görə, qurbanlar var", - "LXR" "Xalq milisi"nin nümayəndəsi Andrey Maroçko Telegram-da yazıb.

Onun sözlərinə görə, hadisə yerində təcili yardım və xilasedicilər işləyirlər. Qeyd edilir ki, "baş prokuror" Sergey Qorenko partlayış nəticəsində ölüb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Partlayış  



Xəbər lenti