Rusiya gərgin vəziyyətdən narahatdır - Putin

   Rusiya gərgin vəziyyətdən narahatdır -    Putin
  16 Sentyabr 2022    Oxunub:699
"Bu gün hamımız Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən çox narahatıq, bu barədə danışdıq. Dünən axşam Nikol Paşinyanla da danışmışam, bu barədə siz bilirsiniz, mən sizə məlumat vermişəm".
AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Putin Azərbaycn Prezidenti İlham Əliyevə Səmərqənddə keçirilən ŞƏT sammiti çərçivəsində keçirilən görüşdə deyib.

Putin Ermənistan və Azərbaycan sərhədində münaqişənin kəskinləşməsinin dayandırılmasından məmnundur, lakin vəziyyətin gərgin olaraq qaldığını qeyd edib.

"Yaxşı ki, biz koordinasiyalı səylərlə eskalasiyanı dayandıra bildik. Amma mənim anladığım qədəri ilə vəziyyət hələ də gərgin olaraq qalır", - o əlavə edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti