"Zelenski Moskva ilə danışıqlara hazır deyil" - Putin

   "Zelenski Moskva ilə danışıqlara hazır deyil" -    Putin
  16 Sentyabr 2022    Oxunub:665
Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenskinin Moskva ilə danışıqlara hazır olmadığını bildirib.
Putinin sözlərinə görə, Ukrayna tərəfi ilə dialoqun əsas şərti onun razılığıdır, lakin Kiyev bunu istəmir.

“Cənab Zelenski elan etdi, açıq şəkildə - bilmirəm harada, amma açıq şəkildə - hazır olmadığını və Rusiya ilə danışmaq istəmədiyini bildirdi.Yaxşı, əgər hazır deyilsənsə, bu, lazım deyil”, - deyə prezident bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti