"Şeytanları məni boğur" deyib həmkədlisini öldürdü - Fırıldaq imamın cinayəti

    "Şeytanları məni boğur"    deyib həmkədlisini öldürdü -    Fırıldaq imamın cinayəti
  16 Sentyabr 2022    Oxunub:921
Türkiyənin Zonquldak bölgəsində özünü İmam Mehdi adlandıran şəxs həmkəndlisini qətlə yetirib.

Erdoğan Kösepınar adlı dindar 67 yaşlı Murat Curanı şeytan hesab etdiyi üçün gülləliyib.
O, cinayəti törətdiyi yerdən qaçsa da, tez bir zamanda Türkiyənin hüquq - mühafizə orqanları tərəfindən saxlanılaraq, istintaqa cəlb edilib.

Məhkəmədə müttəhimin psixoloji müalicə alması və cinayət lisenziyasının olmaması iddia olunaraq, Məhkəmə Tibbi Ekspertizanın hesabatı tələb olunub. Gələn hesabatda müttəhimin cinayət lisenziyasının tam olması əks olunub.

Hesabata etiraz edən müttəhimin vəkili bildirib ki, Kösepınara ötən illərdə Bülənt Ecevit Universitetinin xəstəxanasında "psixoz“ diaqnozu qoyulub və bu diaqnoz onu cinayət məsuliyyətindən azad edir.

Müttəhim isə öz növbəsində bildirib ki, Murat Curanın şeytanları mütəmadi olaraq onu boğurmuş. Buna görə də 67 yaşlı kişini öldürmək məcburiyyətində qalıb.

Prokuror isə öz rəyində bunları qeyd edib:“ Müttəhim və mərhum 27 il öncə Almaniyada Mövlana Məscidinin dərviş köşkündə tanış olublar. Köşkün şeyxinin ölümündən sonra Kösepınar digər müridlərə Mehdi olduğunu elan edib. Heç kəs ona inanmayıb və o köşkdən xaric edilib. Köşkdən xaric edilməsində mərhumu günahkar bilən Kösepınar onun şeytan olduğuna inanıb və onu öldürmək qərarına gəlib. 6 ay öncə öldürmək məqsədilə M. Curanın evinə gedən Kösepınar onu evdə tapmayıb . 6 ay sonra yenidən onun evinə gedən müttəhim bu dəfə onu 9 güllə yarası ilə qətlə yetirib".

Prokuror həmçinin qeyd edib ki, Məhkəmə Tibbi ekspertizası müttəhimdə ruhi xəstəlik və ya əqli gerilik aşkarlamayıb. O, törətdiyin cinayətin hüquqi nəticələrini tam dərk edir. Dövlət ittihamçısı Kösepınara ağırlaşdırlmış ömürlük həbs cəzası istəyib.

Prokurorun tələbinə etiraz edən Kösepınar söz alaraq bunları deyib:“ Mərhum şəxs şeytana təslim olmuşdu, daim mənimlə, yəni Mehdi ilə ədavətdə idi. Onun şeytanları hər gün mənim qollarımı, ayaqlarımı kəsirdi. Allah öldürmədi deyə ölmürdüm. Yoxsa çoxdan ölərdim. Mənə onu öldürməkdən başqa çıxış yolu saxlamadı. Mən 30-35 min lirə maaş alıram. Niyə səbəbsiz öldürüm ki ? Mən qəsdən ödürsəydim niyə təsim olum ki ?. Onu öldürməyə məcbur idim. Mənə heç nə etməsə idi niyə öldürərdim ki?”.

Müttəhimin vəkili Kösepınarın ruhi sağlamlığının yaxşı omadığını deyərək, bildirib ki, onun cinayət etirafı qəbul edilir, amma Mehdi olması qəbul edilmir. Əgər onun etirafları qəbul edilirsə, onda Mehdi olması da qəbul edilməlidir.

Məhkəmə Kösepınarı planlayaraq qəsdən adam öldürmədə təsdiqli bilib. Ona güzəştli ömürlük həbs cəzası verilib.



Ləman Bağdad
AzVision.az


Teqlər:



Xəbər lenti