Serbiya enerji idxalı üçün 3 milyard avro ayıracaq

Serbiya enerji idxalı üçün 3 milyard avro ayıracaq
  17 Sentyabr 2022    Oxunub:675
Serbiya hökuməti artan elektrik və istilik enerjisi istehlakı xərclərini qarşılamaq üçün oktyabr-mart aylarında elektrik enerjisi, təbii qaz və kömür idxalına ümumi daxili məhsulun (ÜDM) 4,5 faizi həcmində - 3 milyard avro vəsait ayırmağı planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə Serbiyanın energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç deyib.

“Həmin vəsaitin böyük hissəsi elektrik enerjisi idxalına yönəldiləcək ki, bu da ölkənin tələbatının beşdəbirini ödəyəcək. Macarıstandan əlavə elektrik enerjisi idxalı da müzakirə olunur. Bundan başqa, Serbiya Rusiyadan xam neft idxalını dayandıracaq.

Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əməl etmək üçün Serbiya noyabrın 1-dən etibarən əsasən İraq xam neftinin idxalını həyata keçirəcək”, - deyə Z.Mixayloviç qeyd edib.

AzVision.az


Teqlər:



Xəbər lenti