“Ukrayna səfiri səlahiyyətlərini aşmışdı” – Qazax politoloq

   “Ukrayna səfiri səlahiyyətlərini aşmışdı” –    Qazax politoloq
  18 Sentyabr 2022    Oxunub:816
Ukraynanın Qazaxıstandakı səfiri Pyotr Vrublyovski "rusları öldürmək" çağırışından sonra Xarici İşlər Nazirliyinə çağırılaraq, ona etiraz bildirilmişdi. Bu hadisəni AzVision.az-a şərh edən qazaxıstanlı politoloq, “MUİT” SC-nin “Qazaxıstanın media kommunikasiyası və tarixi” kafedrasının professoru Saken Mukanı sözlərinə görə, ölkənin hər beşinci sakini etnik cəhətdən rusdur (əhalinin 18%-i).
- Bu hadisənin dövlətlərarası, diplomatik qalmaqala çevrildiyini düşünmürəm,- ekspert deyib.- Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi mövqeyi ondan ibarətdir ki, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının maraqları qorunur. Buna görə də Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi səfirə diplomatik nümayəndə statusuna uyğun düzgün ifadələr seçməyi, olduğu ölkənin daxili qanunlarına və beynəlxalq müqavilələrin norma və prinsiplərinə riayət etməyi xatırlatdı.

Bəzi Rusiya media orqanları, ekspertləri və bloqçuların hadisənin Rusiya ilə ikitərəfli münasibətlərə təsiri məsələsində həddindən artıq irəli getdiklərini bildirən politoloq xatırladıb ki, bu, Qazaxıstan və Ukraynanın daxili işidir. “Hadisənin siyasiləşdirilməsi və şişirdilməsi doğrudan da Qazaxıstan-Rusiya münasibətlərinə təsir göstərir. Kiyevin Rusiyanı Qazaxıstanla dalaşdırmağa çalışdığını düşünmürəm. Cənab səfir ölkəsinə hücum edən “rus hərbçilərini öldürmək”dən bəhs edə və yanlış başa düşülə bilər. Kiyevin anti-Rusiya hücumlarını təşviq etmək Qazaxıstana sərfəli deyil. Çünki Qazaxıstan Aİİ və KTMT-də Rusiya ilə müttəfiq bloklarda olduğundan Ukrayna müharibəsindən bəri özünə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqindən narahatdır”, - politoloq bildirib.

Samir Vəliyev
AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti