Tacikistanla qarşıdurmada ölən qırğızların sayı 46-ya çatıb

   Tacikistanla qarşıdurmada ölən qırğızların sayı 46-ya çatıb
  18 Sentyabr 2022    Oxunub:797
Tacikistanla sərhəddə döyüşlər nəticəsində həlak olan Qırğızıstan vətəndaşlarının sayı 10 nəfər artaraq 46-ya çatıb. AzVision.az xəbər verir ki, bu barədə bazar günü Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Batken bölgəsindən verilən əməliyyat məlumatlarına görə, daha 10 nəfərin cəsədi Batkenin səhiyyə təşkilatlarına daxil olub. Batken bölgəsində silahlı qarşıdurma nəticəsində ölənlərin ümumi sayı 46 nəfərdir”, - məlumatda deyilir.

Bundan başqa, nazirliyin son məlumatına görə, 140 nəfər xəsarət alıb, onlardan 7-si ambulator müalicəyə göndərilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti