Çindən ABŞ-a etiraz: "Yanlış siqnal ola bilər"

      Çindən ABŞ-a etiraz:    "Yanlış siqnal ola bilər"
  19 Sentyabr 2022    Oxunub:837
ABŞ-ın Silahlı Ordusu Çinin mümkün “işğalı” halında Tayvanı dəstəkləyəcəyini qeyd edib.
AzVision.az “CBS”yə istinadən xəbər ki, bu barədə ABŞ prezidenti Co Bayden telekanala müsahibəsində deyib. Bayden əlavə edib ki, Tayvanın müstəqilliyini təşviq etmək niyyətində deyil. “Biz uzun illər əvvəl imzaladığımız “Vahid Çin” siyasəti ilə razıyıq. Tayvan isə özü öz müstəqilliyi ilə bağlı qərar verir. Bu, onların qərarıdır ”- dövlət başçısı qeyd edib.

Çin Xalq Respublikasının ABŞ prezidentinə etirazı gecikməyib. Ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Ninq Co Baydenin bu bəyanatının Tayvanın müstəqilliyinin tərəfdarı olan qüvvələrə yanlış siqnal göndərə biləcəyini vurğulayıb.
“Çin bununla bağlı dərin narazılığını və kəskin etirazını bildirir"- deyə Mao Ninq qeyd edib. Diplomatik nümayəndəlik ABŞ-ı Tayvan məsələsinin vacibliyini və həssaslığını dərk etməyə və ÇXR-nin suverenliyini qoruma qətiyyətini qiymətləndirməyə çağırıb. Nazirliyin nümayəndəsi əlavə edib ki, Çin Tayvanı ayırmaq cəhdlərinə dözməyəcək və bunun qarşısını almaq üçün lazımi tədbirlər görmək hüququnu özündə saxlayır.

Şəms Şahinli
AzVision.az





Teqlər:



Xəbər lenti