ABŞ-ın keçmiş səfiri Putinin sonunun necə olacağını proqnozlaşdırıb

   ABŞ-ın keçmiş səfiri Putinin sonunun necə olacağını proqnozlaşdırıb
  19 Sentyabr 2022    Oxunub:788
Rusiya Federasiyasının rəhbəri Qərbə "hədiyyələr" edib. O, Qərb dövlətlərinin birləşməsinə və NATO sıralarının genişlənməsinə səbəb oldu.
AzVision.az xəbər verir ki, bunu Atlantik Şurası Avrasiya Mərkəzinin baş direktoru, ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst Dmitri Qordonla müsahibəsində deyib.

“O (Putin - Red.) artıq tarixdə öz yerini axmaq kimi təmin edib”, - eks-səfir “Rusiya Federasiyasının prezidentinin sonu nə ilə bitəcək?” sualına cavabında deyib.

Herbst fikirlərinə onu da əlavə edib ki, Putin Ukraynaya hücumdan əvvəl istədiyini əldə edə bilən çox bacarıqlı siyasətçi hesab olunurdu.

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin  



Xəbər lenti