Arutyunyan Rusiya XİN-ə çağırıldı: İrəvan hadisəni gizlədir

      Arutyunyan Rusiya XİN-ə çağırıldı:    İrəvan hadisəni gizlədir
  19 Sentyabr 2022    Oxunub:1233
Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan hazırda Rusiya Xarici İşlər Nazirliyindədir.AzVision.az xəbər verir ki, bu barədə "Pastinfo" məlumat yayıb.
"Sosial şəbəkələrin erməni seqmentində, xüsusən də Telegram kanallarında yayılan məlumata görə, Ermənistan Respublikasının xarici işlər naziri Rusiya XİN-ə çağırılıb. Ermənistan XİN-dən məlumatı dəqiqləşdirmək istəsə də, nazirlikdən bizə cavab verilmədi", - nəşr yazıb.

Peskov Pelosinin Ermənistana səfərini şərh edib
Qeyd edək ki, yerli saytlar ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinin Moskvada birmənalı qarşılanmadığını yazırlar. Səfirin XİN-ə çağırılması da məhz Pelosinin İrəvanda verdiyi bəyanatları ilə bağlı ola bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Səfir   RusiyaXİN   XİN  



Xəbər lenti