BMT-nin Baş katibi: “Dünya böyük təhlükə altındadır”

      BMT-nin Baş katibi:    “Dünya böyük təhlükə altındadır”
  19 Sentyabr 2022    Oxunub:1153
“Hərbi münaqişələrin sayının artması, iqlim dəyişikliyi təhlükəsi və koronavirus pandemiyasının nəticələri səbəbindən dünyan böyük təhlükə altındadır”.
AzVision.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş davamlı inkişaf məqsədlərinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, hər bir yeni təhlükə dünyanı davamlı inkişafdan uzaqlaşdırır: “Biz dünya üçün böyük təhlükənin olduğu bir vaxtda görüşürük. O, münaqişələr və iqlim fəlakətləri, etimadsızlıq və parçalanmalar, yoxsulluq, bərabərsizlik və ayrı-seçkilikdən ibarətdir”.

AzVision.az


Teqlər:



Xəbər lenti