ABŞ və Ukrayna ruslara qarşı cinayət işi hazırlayır

   ABŞ və Ukrayna ruslara qarşı cinayət işi hazırlayır
  19 Sentyabr 2022    Oxunub:1131
“Vaşinqton Kiyevə ruslara qarşı cinayət işlərinin hazırlanmasına kömək edir”.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova ABC telekanalına müsahibəsində bildirib. Diplomat mülki şəxslərin kütləvi məzarlıqlarının tapıldığı Xarkov İzyum hadisələrini də şərh edib. Onun sözlərinə görə, şahid qrupları artıq şəhərə gəlib:

“Və biz bu səyləri həyata keçirməkdə ABŞ-dan böyük dəstək alırıq, təkcə ruslara qarşı milli səviyyədə deyil, həm də beynəlxalq məhkəmələrdə və digər ölkələrin araşdırmaları çərçivəsində cinayət işləri hazırlayırıq. Hazırda iş tam sürətlə gedir”.

Ayasofya Nəzəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti