Toyda qonaq gəlini kürəyindən bıçaqladı

 Toyda qonaq    gəlini kürəyindən bıçaqladı
  19 Sentyabr 2022    Oxunub:1060
Kanadada 27 yaşlı şəxs toy mərasimi zamanı gəlinə və onun atasına bıçaqla hücum edib.
AzVision.az xəbər verir ki, bu barədə “La Ronge Northerner” nəşri məlumat yayıb. Hadisə 2022-ci il sentyabrın 17-də Kvebekdə baş verib. Toy zamanı kişi həyat yoldaşı ilə mübahisə edib. Mübahisədən sonra qəfil toyun keçirildiyi ərazidən uzaqlaşıb, bir müddət sonra əlində bıçaqla qayıdıb. Bu zaman qarşsına çıxan gəlini kürəyindən, gəlinin atasını isə sinəsindən bıçaqlayıb.

Adı açıqlanmayan şəxs hadisə yerindn qaçsa da, polislər onu bir neçə saatdan sonra yaxınlıqdakı meşədə tapıblar. Kişi bıçaq xəsarəti ilə tapılıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib və onlara lazımi yardım göstərilib. Onların həyatı təhlükədə deyil.


Ayasofya Nəzəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti