"Bir gündə Ukraynanın 200 döyüşçüsünü məhv etdik" - Kadırov

   "Bir gündə Ukraynanın 200 döyüşçüsünü məhv etdik" -    Kadırov
  20 Sentyabr 2022    Oxunub:970
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov bir gündə Ukrayna Silahlı Qüvvələrinin 200-ə yaxın döyüşçüsü və hərbi texnikasının məhv edildiyini açıqlayıb. O, bu barədə çərşənbə axşamı özünün Telegram kanalında yazıb.
“Ahmat xüsusi təyinatlılarının fəal hərəkətləri nəticəsində onlar cəmi bir gün ərzində düşmənin 200-ə yaxın canlı qüvvəsini, eləcə də texnikasını məhv etməyə nail olublar”, - Kadırov yazıb.

O, posta Çeçenistan Təhlükəsizlik Şurasının katibi Aptı Alaudinovun Berestov və mübahisəli yaşayış məntəqələri ərazisində rəqiblərin məhv edildiyini bildirdiyi video yerləşdirib.

Düşünürəm ki, yaxın günlərdə çox yaxşı irəliləyiş əldə edəcəyik. Йalan bölmələr də yəqin ki, bir yerdə olmayacaq və öz istiqamətində maksimum irəliləyiş və nəticə əldə edərək hərəkət edəcəklər”, - Alaudinov bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti