Saakaşvilinin məhkəməsi təxirə salındı: Vəziyyəti ağırdır

   Saakaşvilinin məhkəməsi təxirə salındı:    Vəziyyəti ağırdır
  20 Sentyabr 2022    Oxunub:758
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin şəxsi ehtiyacları üçün 8,8 milyon laridən (təxminən 3 milyon dollar) çox dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı məhkəmə iclası yenidən - bu dəfə oktyabrın 27-dək təxirə salınmalı olub.
Saakaşvilinin işi üzrə hakim Badri Koçlamazaşvili penitensiar xidmətin eks-prezidentin onun iştirakı olmadan məhkəmə iclasını davam etdirməkdən imtina etməsi ilə bağlı bəyanatını oxuyub.

O, həmçinin Saakaşvilinin hazırda qaldığı Vivamedi klinikasının həkiminin məktubunu oxuyub və bildirilib ki, müttəhim səhhətinə görə bugünkü məhkəmə prosesində iştirak edə bilmir.

"Saakaşvilinin səhhətinin vəziyyəti prosesin bu gün baş tutmamasına səbəb olan amildir. Hamımız çox yaxşı başa düşürük ki, üçüncü prezidentin penitensiar sistemdə səhhəti son dərəcə ağırlaşıb. Və onun xaricə müalicəyə göndərilməsi lazımdır. ”, - deyə müttəhimin vəkili Beka Basilaya bildirib.

Saakaşvili mayın 12-dən mülki klinikadadır. O, səhhətinin növbəti dəfə pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib. 2021-ci il oktyabrın 1-də həbs olunduqdan dərhal sonra eks-prezident aclıq aksiyasına başlayıb və cəmi 50 gündən sonra aclıq aksiyasını dayandırıb.

Qeyd edək ki, Saakaşvili 2021-ci il sentyabrın 29-da Ukraynadan gizli şəkildə Gürcüstana qayıdıb və oktyabrın 1-də Tbilisidə saxlanılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti