Britaniya Ukraynaya 2,63 milyard dollar ayıracaq

 Britaniya Ukraynaya    2,63 milyard dollar ayıracaq
  20 Sentyabr 2022    Oxunub:736
Böyük Britaniya 2023-cü ildə Ukraynaya ən azı 2,63 milyard dollar hərbi yardım ayıracaq.
AzVision.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.

Qeyd edilir ki, Böyük Britaniyanın Baş naziri Liz Trasın BMT Baş Assambleyasında dediyi kimi, gələn il bu məbləğ ölkənin 2022-ci ildə ayırdığı vəsaitə (2,3 milyard funt sterlinq-red.) bərabər və ya ondan çox olacaq.

"Sky News" nəşri isə yazıb ki, Tras baş nazir kimi ilk xarici səfəri zamanı Ukrayna ordusunun cəbhədəki uğurlarını tərəfdaş ölkələrin dəstəyi ilə Ukrayna xalqının nəyə qadir olmasının sübutu kimi göstərəcək.

Qeyd olunur ki, son həftələrdə Ukrayna ordusu ölkənin şərqində işğal olunmuş ərazilərin müəyyən hissələrini geri alıb. Hərbçilər Rusiya qoşunlarını geri çəkilməyə məcbur edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti