"Kreml BMT nizamnaməsini ciddi şəkildə pozub" - Bayden
"İndi Rusiya daha çox hərbçini döyüşlərə qoşulmağa məcbur edir. Kreml isə BMT nizamnaməsini çox ciddi şəkildə pozaraq Ukrayna ərazilərini ilhaq etməyə cəhd etmək üçün saxta “referendum” keçirir”, - deyə Bayden bildirib.
O vurğulayıb ki, dünya Putin rejiminin bu "qeyri-adi" hərəkətlərini olduğu kimi qəbul etməlidir. ABŞ prezidenti həmçinin qeyd edib ki, Ukraynada müharibə bir nəfərin - Putinin qərarı ilə başlayıb.
“Gəlin açıq danışaq. BMT Təhlükəsizlik Şurasının daimi üzvü qonşusunun ərazisini işğal edib, suveren dövləti xəritədən silməyə cəhd edib. Rusiya BMT Nizamnaməsinin əsas prinsiplərini həyasızcasına pozub”.
Bayden Putinin Ukraynaya işğalın zəruriliyini necə izah etdiyini xatırladıb: "Putin bildirirdi ki, guya Rusiya təhlükə altındadır. Heç kim Rusiya Federasiyasını təhdid etməyib və Rusiyadan başqa heç kim münaqişəyə can atmayıb", - ABŞ prezidenti vurğulayıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


