Rusiyaya qarşı yeni sanksiyalar - Nyu-Yorkda fövqəlada iclas keçiriləcək

   Rusiyaya qarşı yeni sanksiyalar -    Nyu-Yorkda fövqəlada iclas keçiriləcək
  21 Sentyabr 2022    Oxunub:1040
Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində fövqəladə iclas keçirəcək və burada Rusiya prezidenti Vladimir Putinin son bəyanatlarından sonra yeni sanksiyaların tətbiqi müzakirə ediləcək.
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell deyib.

"Bazar ertəsi Nyu-Yorkda xarici işlər nazirlərinin görüşünü planlaşdırmışdıq. İndi mən Ukraynaya dəstəyimizi bir daha təsdiqləmək və Putinin bizi hansı vəziyyətə salması barədə beynəlxalq ictimaiyyəti xəbərdar etmək üçün təcili iclas çağıracağam. Nazirlər Ukraynaya hərbi dəstəyin davam etdirilməsi, Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər”, - Borrel bildirib.

Borrelin sözlərinə görə, BMT Putinin dediklərinə reaksiya verməlidir. "Putin deyir ki, sərəncamında olan bütün silahlardan istifadə etməyə hazırdır. Kimsə "bütün silahlar" deyəndə nüvə silahını da nəzərdə tutur. Beynəlxalq ictimaiyyət bunu qəbul edə bilməz. BMT buna bu həftə reaksiya verməlidir”.

AzVision.az



Teqlər:



Xəbər lenti