Rusiyada partlayışda ölənlərin sayı 7-yə çatdı - YENİLƏNİB
Hazırda ərazidə itkin düşmüş sayılan daha 3 nəfərin axtarışları davam etdirilir.
***
Rusiyanın Saxalin vilayətində beşmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində 3 nəfər həlak olub.
AzVision.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə şənbə günü vilayətin qubernatoru Valeri Limarenko məlumat verib.
"İlkin məlumata görə, Tımovskda binanın dağıntıları altından ölmüş 3 sakinin cəsədi çıxarılıb. Eynu zamanda xəsarət alanların sayı 9-a yüksəlib", - deyə V.Limarenko bildirib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


