“Hüseynçilər”, yoxsa İrançılar? - VİDEO
Həmçinin iki ölkə arasında birgə layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub. İran tərəfinin yaydığı məlumatda o da bildirilib ki, söhbət zamanı kütləvi informasiya vasitələrinin iki dövlətin maraqları istiqamətində idarə olunmasının zəruriliyi qeyd edilib.
Başqa sözlə, tərəflər mediada bir-birinin mənafelərinə uyğun olmayan materialların yayılmasına imkan verməməyin vacibliyini vurğulayıblar. Lakin elə telefon danışığının ertəsi günü – aprelin 9-da İran hökumətinin rəsmi orqanı olan “İran” qəzetində özlərini “Hüseynçilər”, yaxud “Hüseyniyun” adlandıran və Azərbaycan İslam Müqavimət Hərəkatı kimi təqdim edən şəxslərlə geniş müsahibə dərc olunub. Anti-Azərbaycan və ermənipərəst mövqeyi ilə tanınan jurnalist Məhəmməd Mütləqin apardığı dəyirmi masa söhbətinə rəsmi dövlət qəzetində nə az, nə çox – düz iki səhifə yer ayrılıb. Məsələdən hali olanlar bunun nə demək olduğunu yaxşı bilirlər, yəni bu, “Hüseyniyun” terrorçu qruplaşmasına rəsmi Tehranın birbaşa dəstəyinin təzahürüdür.
Həmin dəstəyin, uzun müddət pərdələnsə də, təşkilatın yarandığı 2013-cü ildən mövcud olduğunu müsahibənin özündəki bəzi məqamlar da təsdiq edir.
Daha ətraflı “Azad İran” “YouTube” kanalının süjetində:
AzVision.az
Teqlər: İran







Vaxtında, Aydın, Lazımlı!


