Şiddətə məruz qalan qadınların sayı açıqlandı

   Şiddətə məruz qalan qadınların sayı açıqlandı
  12 Aprel 2023    Oxunub:1552
Cari ilin ilk 3 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 122 müraciət daxil olub.
Bu barədə AzVision.az -a Komitədən məlumat verilib. Bildirilib ki, bu müraciətlərə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən zərərçəkmiş şəxslərə 15 mühafizə orderi verilib.

Daxil olan müraciətlərdə psixoloji zorakılıq üzrə şikayətlər üstünlük təşkil edib. Şikayət edənlərin zorakılığın bir neçə növünə məruz qaldığı məlum olub.

Qeyd edək ki, müraciət edənlərin əksəriyyəti əri (65), keçmiş əri (20) və yaxın qohumu (24) tərəfindən zorakılığa məruz qalıb. Zorakılıq törədənlərin 106 nəfəri kişi, 21 nəfəri qadındır.


AzVision.az


Teqlər:



Xəbər lenti