“ARB”nin yayımı 3 saatlıq dayandırılacaq
Belə ki, 17 fevral 2023-cü il tarixində "ARB" televiziya redaksiyasının efirində nümayiş olunan teleticarət blokunun daxilində yayımlanan "Məhəmməd Əfəndiyev, Varikoz mərkəzi - Varikozdan lazer üsulu ilə azad olun" məzmunlu reklam materialında "Klinikamızda bütün xəstəliklərə çarə var" ifadəsinin işlədilməsi ilə qeyri-dəqiq reklama yol verilib.
Müzakirələrin yekunu olaraq Azərbaycan Respublikası Audiovizual Şurası "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsini, "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq "ARB 24" Məhdud Məsuliyyətli Cəmiyyətinin "ARB" televiziya redaksiyasının proqramlarının yayımının 16 aprel 2023-cü il tarixdə saat 13.00-dan saat 16.00-dək 3 (üç) saatlıq dayandırılması ilə bağlı qərar qəbul edib.
Bu qərarla bağlı qanunvericiliyin tələbini pozmuş yayımçıya məlumat verilmiş, habelə digər yayımçılara da bu məsələdə diqqətli olmaları tövsiyə olunub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


