"Dığda deeskalasiyası tədbirləri görmüşük" - Rusiya XİN
"Aprelin 11-də Tex kəndi yaxınlığındakı təmas xəttində silahlı insident baş verib. Ölənlər və yaralılar var", - Zaxarova bildirib.
Onun sözlərinə görə, ərazidə olan Rusiya Silahlı Qüvvələrinin və FTX-nin Sərhəd Xidmətinin nümayəndələri dərhal Ermənistan və Azərbaycanın məsul şəxsləri ilə əlaqə saxlayıb və gərginliyin aradan qaldırılması üçün tədbirlər görüblər.
Rusiyalı diplomat qeyd edib ki, insident Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlər kompleksinə ciddi əməl olunmasının zəruriliyini bir daha təsdiqləyir.
Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatın qarşısı qətiyyətlə alınıb, atəş nöqtələri susdurulub və qarşı tərəf xeyli sayda itki verib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


