DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan
AzVision.az -a verilən məlumata görə, Mətləb Məmmədova məxsus, Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən fermaya baxış keçirilib. Oradan 4 ədəd "F1", 1 ədəd "RQ42", 1 ədəd " RQ5" əl qumbaraları, 3 ədəd qumbara alışdırcısı, 74 ədəd 5.45 mm-lik, 3 ədəd 7.62 mm-lik avtomat patronu, 9 ədəd 7.62 mm-lik pulemyot patronu və 1 ədəd avtomat darağı aşkar edilərək götürülüb.
Götürülən sübutlar ekspertizaya təqdim edilib, araşdırma aparılır.
Qeyd edək ki, 1962-ci il təvəllüdlü M.Məmmədov bir neçə gün öncə həyat yoldaşı və iki oğlu ilə birlikdə qəsəbə sakinləri 1967-ci il təvəllüdlü Elxan Zamanovun evinə gələrək atəş açmış, ailə üzvlərinə xəsarətlər yetirmişdi. Həmin faktla bağlı cinayət işi başlanmışdı.
AzVision.az