Azərbaycanda istilik mövsümünün müddəti artırıla bilər

   Azərbaycanda istilik mövsümünün müddəti artırıla bilər
  14 Aprel 2023    Oxunub:1492
“Azəristiliktəchizat” ASC, Energetika Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə istilik mövsümünün müddətlərinə baxılmasına dair müzakirələr aparılır.
AzVision.az xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev payız-qış mövsümünün yekunlaşması ilə əlaqədar keçirdiyi brifinqdə bildirib. O bildirib ki, təbii olaraq nəticələrinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

"Mövcud qaydalara əsasən, noyabr ayının 15-dən aprelin 15-ə qədər davam edən mövsüm xarici havanın temperaturuna əsasən tənzimlənir. İstilik mövsümün tez başlaması asan məsələ deyil.Yeni təklifdə bu, noyabrən 1-də ola bilər, noyarın 5-də ola bilər. Burada söhbət əlavə enerji resurslarından, vəsaitdən gedir".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti