|
| Naxçıvanda direktor etiraz edən müəllimi döydü |
AzVision.az -a danışan direktor məlumatın yalan olduğunu deyib:
"Bu, "fake" xəbərdir, əsası yoxdur. Məktəbdə hər hansı iməclik, müəllimlə mənim aramda dava olmayıb. Bu xəbəri yayanlar məni istəməyənlərdir və yalan informasiya yayırlar. Bu haqda Təhsil Nazirliyinə, Naxçıvan Təhsil Şöbəsinə, rayon icra hakimiyyətinə məlumat vermişəm. Dərslərimiz öz axarı ilə gedir və heç bir insident yoxdur".
Qeyd edək ki, yayılan məlumatda Daylaqlı kənd orta məktəbində tarix müəllimi Məhərrəm Gülmalıyevin müəllimlərin iməcliyə çıxarılmasına etiraz etdiyi qeyd edilib.
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


