Səfərbərlik Xidmətinin Naxçıvan üzrə baş idarəsinə rəis təyin olunub

   Səfərbərlik Xidmətinin Naxçıvan üzrə baş idarəsinə rəis təyin olunub
  14 Aprel 2023    Oxunub:2308
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinə rəis təyin olunub.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi general-polkovnik Arzu Rəhimov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polkovnik Elmar Tağıyev təyinat alıb. O, bundan əvvəl SHXÇDX-nin Katibliyinin rəisi olub.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı fərmanla Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ləğv edilib və SHXÇDX-nin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti