“Azercell Telekom” “Bakı Marafonu - 2023”ün eksklüziv tərəfdaşıdır
Azercell-in dəstəyilə keçirilən marafonda yarış nəticələrinin maksimal dəqiqliyini təmin etmək və qalibləri müəyyənləşdirmək üçün rəqəmsal xronometrdən (timekeeper) istifadə olunacaq. Bunun üçün marafonçuların nişan nömrələrinə xüsusi mikroçiplər yerləşdiriləcək və nəticələr dərhal qeydə alınacaq.
Yarışa qatılmaq üçün 18 yaşdan yuxarı şəxslər may ayının 1-dək Gənclik Mall, 28 Mall və Dəniz Mall-da quraşdırılmış xüsusi qeydiyyat məntəqələrinə, həmçinin www.marathon.az saytına müraciət edə bilərlər (ətraflı: www.marathon.az).
Qeyd edək ki, “Azercell Telekom” MMC 2017-ci ildən etibarən “Bakı Marafonu”nun baş sponsoru qismində çıxış edir. Bu il də ənənəvi olaraq marafonda “Azercell Telekom” MMC-nin rəhbər heyəti, şirkətin əməkdaşları və korporativ abunəçiləri də iştirak edəcək. Azercell hər kəsi “Bakı Marafonu”na qatılmağa dəvət edir və bütün iştirakçılara uğurlar arzu edir!
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


