Günay Əfəndiyeva ilə Tanzila Narbayeva arasında görüş keçirilib
Fondun həyata keçirdiyi geniş miqyaslı layihələrdə Özbəkistanın aktiv yer alması vurğulanıb. Təşkilat tərəfindən keçirilən müxtəlif tədbirlərdə, o cümlədən ötən il böyük özbək şair mütəfəkkiri Əlişir Nəvainin 580 illik yubileyinə həsr olunan tədbirdə Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik Palatasının deputatlarının iştiraklarının əhəmiyyəti diqqətə çatdırılıb.
Parlament diplomatiyası vasitəsilə Türk ölkələri arasında siyasi dialoqun inkişafı yönündə işlər aparan TÜRKPA ilə Fondun birgə fəaliyyətinin önəmi qeyd olunub. Fond tərəfindən Daşkənddə təşkil olunan “Şuşa Günləri” Azərbaycan və Özbəkistanın qardaşlıq münasibətlərinin inkişafına töhfə kimi dəyərləndirilib.
Görüşdə təşkilat ilə Özbəkistan arasında ortaq layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb və gələcək perspektivlər müzakirə edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


