Görüşdə müdafiə nazirinin kommunikasiya sahəsində tələbləri və tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Hərbi mövzuda hazırlanan foto və video materialların məzmunu ilə bağlı təkliflər, çəkiliş zamanı yaranan problemlər dinlənilib. Həmçinin hərbi sirr hesab olunan informasiyanın yayılmasının qarşısının alınması və digər mövzularda brifinqlər təqdim olunub.
Toplantı iştirakçıları ilə texniki avadanlıqların saxlanılması, istismarı, eləcə də normal və ekstremal şəraitlərdə video çəkilişlərin aparılması qaydaları haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda peşəkar mütəxəssis tərəfindən master-klass keçirilib, iştirakçılara hərbi fotoqrafiya barədə ətraflı məlumat verilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


