Dövlət Xidmətinin yeni rəisi kimdir? - DOSYE

   Dövlət Xidmətinin yeni rəisi kimdir? -    DOSYE
  17 Aprel 2023    Oxunub:3309
Prezident İlham Əliyevin Sərəncamı ilə Mürsəl Qorxmaz oğlu İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.
AzVision.az xəbər verir ki, M. İbrahimov 1970-ci il sentyabrın 20-də Bakıda anadan olub.
O, 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib.

1992-1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində tağım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb. Daha sonra DİN Daxili Təhqiqatlar İdarəsinin inspektor və baş inspektor vəzifəsində işləyib.

M.İbrahimov 10 ildən artıq Milli Təhlükəsizlik Nazirliyində çalışıb, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib, polkovnikdir.

2015-ci ildə Prezident İlham Əliyev tərəfindən «Hərbi xidmətlərə görə» medalı ilə təltif edilib.

2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb. Son illər “Kapital Bank” ASC Təhlükəsizlik Departamentinin direktoru olub.

AzVision.az


Teqlər:



Xəbər lenti