Bu barədə
AzVision.az -a Fövqaladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Baş Mil-Muğan kollektorunun Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində bir nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
***
Kanala düşən şəxs hərbçi 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz oğludur. Onun axtarışları davam etdirilir.
AzVision.az